“Bu torpaqların əsl sahibləri türklərdir” - Ərşat Salihi

09:25 22.01.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“İraq türkmənlərinə qarşı təqiblər 1918-ci ildən bəri sistemli şəkildə davam etdirilib”.

Hafta.az yazır ki, bu sözləri İraq Parlamentindəki Türkmən Qrupunun rəhbəri və Kərkük millət vəkili Ərşat Salihi deyib.

Salihi deyib: "Yeni Yaxın Şərq layihəsində türklər səssizcə qətlə yetirilir, onları coğrafiyalarından və demoqrafik quruluşlarından ayırmaq cəhdləri edilir. İraq, Suriya və İranda yaşayan soydaşlarımız bu demoqrafik əməliyyatlara qarşı mütləq hazır olmalıdırlar. Bu torpaqların əsl sahibləri türklərdir və burada mövcud olmağın yeganə yolu birlik və həmrəyliyi sözlə deyil, real əməllə həyata keçirməkdir”.

Ərşat Salihi "Krımdakı türklərimiz bizim üçün çox vacibdir" deyərək, Krım tatar xalqının milli lideri Mustafa Əbdülcəmil Kırımoğlu ilə bir neçə dəfə görüşmək imkanı əldə etdiyini xatırladıb. O, Krım tatarlarının tələb etdiyi milli muxtariyyət kontekstində "Krımdakı türklərin öz torpaqlarında öz qərarlarını verməsi layihəsini dəstəklədiklərini" vurğulayıb.